2025-ci ildə dünyanın ən varlı 500 adamının sərvəti 2,2 trilyon dollar artıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə dünyanın ən varlı 500 adamının sərvəti rekord həddə
çataraq 2,2 trilyon dollar artıb.

Trend xəbər verir
ki, bu barədə “Bloomberg” məlumat yayıb.




Məqalədə qeyd olunur ki, “Bloomberg Sərvət İndeksi” tərəfindən
qeydə alınan artımın təxminən dörddə biri yalnız səkkiz nəfərin
hesabına düşüb. Onların arasında Oracle şirkətinin sədri Larri
Ellison, Tesla şirkətinin baş direktoru Elon Mask, Alphabet
şirkətinin həmtəsisçisi Larri Peyc və Amazon-un təsisçisi Ceff
Bezos da var.

Beləliklə, milyarderlərin ümumi sərvəti 11,9 trilyon dollara
çatıb.