
Bakı. Trend:
İran ballistik raket istehsalını bərpa edir.
Trend-in
məlumatına görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu
deyib.
“Fox News” telekanalına müsahibəsində B.Netanyahuya İranın
ballistik raket və nüvə potensialını bərpa etməkdə nə qədər
irəlilədiyini düşündüyü ilə bağlı sual verilib.
“Hər iki sahədə onları əhəmiyyətli dərəcədə geri çəkmişik, lakin
onlar yenidən cəhd göstərəcəklər”, – deyə o bildirib.
Netanyahu iddia edib ki, İranın Fordodakı nüvə obyekti “məhv
edildikdən” sonra Tehran nüvə proqramını “digər obyektlərdə” bərpa
etməyə çalışır.
“Onlar həmçinin ballistik raket istehsalı müəssisələrini bərpa
etməyə çalışırlar”, – deyə o əlavə edib.


