Netanyahu Qəzzada yeni hökumətin qurulması üçün şərtləri açıqladı

Baş səhifə

Bakı. Trend:

İsrailin Baş naziri Benyamin Netanyahu Fələstinin “HƏMAS”
hərəkatının tərksilah ediləcəyi təqdirdə, gələn il Qəzza zolağında
yeni hökumətin qurulması mümkün olduğunu hesab edir.

Trend-in
məlumatına görə, bu barədə B.Netanyahu “Fox News” televiziya
kanalına müsahibəsində deyib.

“HƏMAS tərksilah edilərsə, Qəzzada yeni bir hökumətin qurulması
mümkündür”, – deyə o bildirib.




Onun sözlərinə görə, “HƏMAS silahlara sahib olmağa davam
edərsə”, “potensial yeni hökumət” Fələstin anklavında işə başlaya
bilməyəcək.

“Əgər beynəlxalq qüvvələrin köməyi ilə və ya başqa bir yolla
HƏMAS-ı tərksilah etsək, bəli, mən Qəzzanın fərqli bir gələcəyini
görürəm”, – deyə baş nazir əlavə edib.