Bakı. Trend:
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “MQ-4C Triton” strateji
elektron kəşfiyyat pilotsuz uçuş aparatı Venesuela yaxınlığında
Karib dənizindəki beynəlxalq sular üzərində daha bir uzunmüddətli
uçuş həyata keçirib.
Trend-in məlumatına görə, bu barədə “Flightradar24” resursu
məlumat verib.
Məlumata əsasən, Florida ştatının Ceksonvill şəhərindəki Meyport
Hərbi Hava Qüvvələri Bazasından havaya qalxan ağır tonnajlı, yüksək
hündürlükdə uçan pilotsuz uçuş aparatı Venesuelanın şimal-qərb
sahillərindən təxminən 160 km, paytaxt Karakasdan isə 230 km
məsafədə uçurub.
Bu, dekabr ayında Venesuela yaxınlığındakı dəniz əraziləri
üzərində qeydə alınan ən azı dördüncü belə dron görüntüsüdür.

