BƏƏ Yəməndəki antiterror əməliyyatlarını dayandırır

Baş səhifə

Bakı. Trend:

BƏƏ Müdafiə Nazirliyi Yəməndə antiterror missiyaları həyata
keçirən qüvvələrinin fəaliyyətini dayanadırır.

Trend-in
məlumatına görə, bu barədə nazirliyin açıqlamasında bildirilib.




Qeyd olunub ki, qərar hazırkı mərhələni nəzərə alaraq “öz
təşəbbüsü ilə” verilib və “BƏƏ-nin regionda təhlükəsizlik və
sabitliyin təmin edilməsi öhdəliyinə uyğundur”.

Müdafiə Nazirliyi vurğulayıb ki, “BƏƏ Silahlı Qüvvələri
razılaşdırılmış rəsmi açıqlamalarda göstərilən tapşırıqları yerinə
yetirdikdən sonra 2019-cu ildə Yəmən Respublikasındakı hərbi
mövcudluğunu başa vurub və qalan mövcudluq beynəlxalq tərəfdaşlarla
əlaqələndirilmiş şəkildə terrorizmə qarşı mübarizə çərçivəsində
xüsusi qruplarla məhdudlaşdırılıb”.