
Bakı. Trend:
MDB Dövlət Başçıları Şurası 2026-cı il oktyabrın 9-da Xəzər
dənizi sahilində yerləşən Türkmənbaşı şəhərində keçiriləcək.
Trend-in
məlumatına görə, bu barədə Türkmənistan Xalq Məsləhətinin sədri
Qurbanqulu Berdiməhəmmədov Rusiyanın Federasiya Şurasının sədri
Valentina Matviyenko ilə telefon danışığı zamanı bildirib.
Məlumata əsasən, Q.Berdiməhəmmədov qeyd edib ki, sammit
Türkmənbaşı şəhərində yerləşən Avaza Milli Turizm Zonasında
keçiriləcək və burada böyük beynəlxalq forumlara ev sahibliyi etmək
üçün bütün lazımi şərait yaradılıb.


