“Fənərbaxça” “Milan”la danışıqlara başlayıb

Baş səhifə

Bakı. Trend:

“Milan”ın hücumçusu Kristofer Nkunku karyerasını Türkiyə Super
Liqasında davam etdirə bilər.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, “Fənərbaxça” fransalı forvardın transferi
ilə bağlı artıq “rossoneri” ilə rəsmi danışıqlara başlayıb.

İtaliya klubu futbolçunun satışından 35 milyon avro qazanmağı
planlaşdırır və qiyməti aşağı salmaq niyyətində deyil. İstanbul
nəhəngi maliyyə tələblərinin yumşaldılmasına nail olmağa çalışsa
da, “Milan” bu məsələdə sərt mövqe tutur.




Razılaşma uğurla başa çatacağı təqdirdə, “Fənərbaxça”nın baş
məşqçisi Domeniko Tedesko Nkunkunu mərkəz hücumçusu mövqeyində və
ya əsas forvardın arxasında istifadə etməyi planlaşdırır.
Mütəxəssis 28 yaşlı futbolçunun imkanları “Leypsiq”də birgə
çalışdıqları dövrdən yaxşı tanışdır.

Qeyd edək ki, Nkunku 2025-ci ilin yayında 37 milyon avro
qarşılığında “Çelsi”dən “Milan”a keçib.