Azərbaycan iki ölkədən yunan qozunun idxalını bərpa edib

Baş səhifə
Azərbaycan iki ölkədən yunan qozunun idxalını bərpa edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 17,3 milyon ABŞ dolları dəyərində 4 min 371 ton yunan qozu idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8 % çox, kəmiyyət olaraq – 3 % azdır.

Hesabat dövründə Azərbaycan Özbəkistandan 10,6 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 2,7 dəfə çox) 2 min 442 ton (+2,8 dəfə), Qırğızıstandan 2,8 milyon ABŞ dolları dəyərində (+71 %) 677 ton (+54 %), Ukraynadan 1,8 milyon ABŞ dolları dəyərində (-81 %) 646 ton (-78 %), Çindən 995 min ABŞ dolları dəyərində (+4,6 dəfə) 284 ton (+7 dəfə), Çilidən 267 min ABŞ dolları dəyərində (+70 %) 61,5 ton (+42 %) məhsul alıb.

Azərbaycan 9 il 8 ayın tamamında Birləşmiş Ərəb Əmirliklərindən (0,5 min ABŞ dolları dəyərində 0,02 ton) və 1 il 8 aylıq aradan sonra Türkiyədən (1,4 min ABŞ dolları dəyərində 0,15 ton) tədarükü bərpa edib.

2024-cü ildə Azərbaycana idxal edilmiş 7,3 min ton yunan qozunun 58,7 %-i Ukraynanın, 22,2 %-i Özbəkistanın payına düşüb.