
Bakı. Trend:
Prezident Vladimir Putin 2026-cı ildə səfərbərlik üzrə ehtiyatda
olan şəxslərin xüsusi toplanışlara cəlb edilməsi barədə qərar qəbul
edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Dövlət başçısının fərmanına əsasən, onlar strateji əhəmiyyətli
kritik obyektlərin mühafizəsinə təhkim olunacaqlar.
Putin mühüm obyektlərin mühafizəsi məqsədilə ehtiyatda olanların
toplanışları haqqında qanunu noyabr ayında imzalayıb. Rusiya
Silahlı Qüvvələrinin Baş Qərargahında bildiriblər ki, söhbət, o
cümlədən, energetika və nəqliyyat obyektlərindən gedir.
Üç nəfərdən ibarət mobil qrupların- sürücü, pulemyotçu və
lokatorlara qoşulmuş ekipaj rəisi — yaradılmasının planlaşdırıldığı
da qeyd olunub. “Mash” nəşri yazır ki, Rusiyada enerji
obyektlərinin mühafizəsinə cəlb olunan ehtiyatçıların sayı beş min
nəfərə çatıb. İlkin mərhələdə könüllülər arasında əsasən güc
strukturlarında iş təcrübəsi olan kişilər üstünlük təşkil edirdi,
lakin sonradan adi vətəndaşlar da bu prosesə qoşulublar.
Qeyd edək ki, hökumət mühafizə olunmalı obyektlərin siyahısını
müəyyən etməlidir. Nazirliyinin xüsusi toplanışların keçirilməsini
təmin edəcək hərbi hissələrin siyahısını müəyyən edəcəyi hissədə
“xidməti istifadə üçün” qeydi olan altbənd mövcuddur.


