FHN Beyləqanda maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb (FOTO)

Baş səhifə

Bakı.Trend:

FHN Beyləqan rayonu, I Şahsevən kəndində maye qazdoldurma
məntəqəsinin istismarını dayandırıb.

Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin
Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi
sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması
istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin
görülməsini davam etdirir.

Bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Beyləqan
rayonu, I Şahsevən kəndində fəaliyyət göstərən fərdi sahibkar
Həsənova Şəhla Xıdır qızına məxsus maye qazdoldurma məntəqəsində
plan üzrə yoxlama aparılıb.




Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə
yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 1 ədəd
tutumun istismar müddətinin bitdiyi, texniki müayinələrin
aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların
yoxlanılmadığı müəyyən edilib.

Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün
olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı
təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı
Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların
aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara
təqdim edilib.