Ukraynada ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Baş səhifə

Ukraynada ağır yol qəzası baş verib.

APA xəbər verir ki, bu barədə “RBC-Ukraina” Kiyev vilayət polisinə istinadən məlumat yayıb.

Kiyev-Xarkov avtomobil yolunda, İvankov kəndi yaxınlığında üç avtomobilin iştirakı ilə baş verən qəzada bir nəfər ölüb, 13 nəfər xəsarət alıb.

İlkin məlumata görə, marşrut avtobusunun sürücüsü qarşı zolağa çıxaraq 2 avtomobillə toqquşub.