Çində 6 tonluq “Lanying R6000” tiltrotor təyyarəsi ilk uçuşunu həyata keçirib

Baş səhifə

Bakı. Trend:

6 tonluq “Lanying R6000” tiltrotor təyyarəsi ilk uçuşunu Çinin
Siçuan əyalətində həyata keçirib.

Trend xəbər verir
ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.




Qeyd olunub ki, tiltrotor Çinin “United Aircraft” şirkəti
tərəfindən hazırlanıb. Aparatın faydalı yükü 2 ton təşkil edir ki,
bu da oxşar çəkiyə malik helikopterlərlə müqayisədə xeyli
yüksəkdir. Onun kreyser sürəti saatda 550 km-dir, maksimal uçuş
məsafəsi isə 7620 metrədək hündürlükdə 4000 km-ə çatır ki, bu da
ənənəvi helikopterlərin göstəricilərini bir neçə dəfə
üstələyir.

Bildirilir ki, “Lanying R6000” dağlıq ərazilər və dəniz kimi
çətin əlçatan bölgələrdə daşınma və yük çatdırılması üçün nəzərdə
tutulub. Tiltrotordan təcili tibbi yardım, xilasetmə əməliyyatları,
yanğınsöndürmə, patrul və digər missiyalarda istifadə olunması
planlaşdırılır.