
Bakı. Trend:
BMT Ukrayna böhranı ilə bağlı kifayət qədər fəallıq göstərməyib
və təşkilatın daha çox təşəbbüs nümayiş etdirməsi vacibdir.
Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth
Social” sosial şəbəkəsində yazıb.
“ABŞ faktiki olaraq BMT rolunu oynamağa başlayıb və BMT hazırda
Rusiya ilə Ukrayna arasında baş verən fəlakət də daxil olmaqla, hər
hansı münaqişədə çox az kömək və ya yardım göstərib”, – deyə
D.Tramp bildirib.
“BMT fəal qüvvəyə çevrilməli və dünya sülhü məsələlərini həll
etməlidir”, – Tramp vurğulayıb.


