Netanyahu ABŞ-dən Qəzzada yeni bir əməliyyat üçün dəstək istəyə bilər – KİV

Baş səhifə

Bakı. Trend:

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə səfəri zamanı
Qəzza zolağında daha bir hərbi əməliyyat üçün Vaşinqtondan dəstək
istəyə bilər.

Trend-in
məlumatına görə, bu barədə “CNN” televiziya şirkəti mənbələrə
istinadən xəbər verib.




Məlumata əsasən, ABŞ-də olduğu müddətdə Ağ Evin hazırkı
prezidenti Donald Trampla danışıqlar aparması gözlənilən Netanyahu
sülh planının növbəti mərhələsini həyata keçirməyə razılıq
verməzdən əvvəl Qəzza zolağında əlavə əməliyyat üçün Vaşinqtonun
dəstəyini almağa çalışa bilər.