Toy karvanında ağır qəza – ölən var

Baş səhifə

Biləsuvarda toy karvanında ağır qəza baş verib.

Modern.az xəbər verir ki, toy karvanında hərəkətdə olan “Lexsus” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarından Mil-Muğan su kanalına aşıb.

İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb. Avtomobildə 6 qadın olub.

Hazırda hadisə yerində müvafiq qurumların əməkdaşları araşdırma aparılır.