
Bakı. Trend:
Əhali sayının azalması ilə bağlı hazırkı proses davam etdiyi
halda, İran əhalisi 2101-ci ilə qədər 40 milyondan az ola
bilər.
Trend-in
məlumatına görə, bunu İranın daxili işlər naziri Eskəndər Momeni bu
gün (27 dekabr) Tehranda təşkil olunan tədbirdə deyib.
Onun sözlərinə görə, bu isə ölkə üçün ən böyük faciə hesab oluna
bilər.
Momeni bildirib ki, əhali sayının azalması İranı hədələyə
biləcək ən böyük böhrandır. Bununla əlaqədar müdaxilə olunmalı və
azalma prosesini ləngitmək lazımdır. Ölkənin Vətəndaşların
Vəziyyətinin Qeydiyyatı Təşkilatı universitet mərkəzləri ilə
əməkdaşlıq edərək bu istiqamətdə düzgün analiz aparmalı və bu böyük
böhranın qarşısının alınması üçün çarə tapmalıdır.
Qeyd edək ki, hazırda İran əhalisi 86 milyondan çoxdur.


