Moskvada sarı xəbərdarlıq elan olunub

Baş səhifə

Bakı. Trend:

Güclü qar çovğunu ilə əlaqədar Rusiyanın paytaxtı Moskvada sarı
xəbərdarlıq elan edilib.

Trend xarici KIV-ə
istinadən xəbər verir, bu barədə Rusiyanın Hidrometeorologiya
Mərkəzi məlumat yayıb.




Məlumata görə, sarı xəbərdarlıq paytaxtda 27 dekabr saat
20:00-dan bazar günü, 28 dekabr saat 10:00-dək (Bakı vaxtı ilə
11:00-dək) qüvvədə olacaq. Sinoptiklərin məlumatına görə, bazar
günü axşam, gecə və səhər saatlarında Moskvada qar, bəzi yerlərdə
güclü qar yağacağı, həmçinin yolların buz bağlayacağı
gözlənilir.

Qeyd edilir ki, bu gün küləyin sürəti 5–10 m/s olacaq,
temperaturun dekabrın 28-ə kimi -4C dərəcə qədər enəcəyi
proqnozlaşdırılır.