Bakı. Trend:
Pensilvaniya və Miçiqan universitetlərinin alimləri xarici
idarəetmə olmadan proqramlaşdırıla və müstəqil şəkildə fəaliyyət
göstərə bilən miniatür avtonom robotlar hazırlayıblar.
Trend xəbər verir
ki, hər bir robotun ölçüsü təxminən 200 x 300 x 50 mikrometr təşkil
edir ki, bu da onları duz dənəsindən belə kiçik edir.
Məlumata görə, mikrorobotlar miniatür kompüterlər və sensorlarla
təchiz olunub, işıq enerjisi ilə qidalanır və mürəkkəb
trayektoriyalar üzrə hərəkət edə bilirlər. Onlar temperatur
dəyişikliklərinə reaksiya vermək, eləcə də davranışlarını ətraf
mühit şəraitinə uyğunlaşdırmaq qabiliyyətinə malikdirlər.
Alimlərin bildirdiyinə görə, bu robotlar Selsi şkalası üzrə
dərəcənin üçdə biri dəqiqliyi ilə temperaturu avtonom şəkildə ölçə
bilir. Bu imkan gələcəkdə ayrı-ayrı hüceyrələrin sağlamlıq
vəziyyətinin izlənilməsi üçün yeni perspektivlər açır.

