
Bakı. Trend:
İsrailin şimalında fələstinli terrorçu iki nəfəri qətlə
yetirib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə İsrailin yerli polisinin
bəyanatında deyilir.
Məlumata görə, terror hücumunu həyata keçirən şəxs avtomobili
ilə bir kişini vuraraq üzərindən keçib, başqa bir qadını isə
bıçaqlayaraq qətlə yetirib.
Qərb Sahilindən gəldiyi deyilən terrorçunun hadisə yerində olan
silahlı mülki şəxs tərəfindən atəş açılaraq tərksilah edildiyi
bildirilir. O yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.
Qeyd edilir ki, o avtomobillə törətdiyi cinayəti Beyt Şian
şəhərində həyata keçirib, daha sonra təxminən 12 kilometr məsafə
qət edərək Eyn Harodda qadını bıçaqlayıb.
İsrail polisi insidenti terror hücumu kimi qiymətləndirib.
Təfərrüatlar barədə hələ ki, məlumat verilmir.


