
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Sumqayıt şəhərinin Sülh küçəsində avtomobildə yanğın baş verməsi
barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal
əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb
olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Chevrolet”
markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın
genişlənərək digər hissələrinə yayılmasına imkan verilmədən qısa
müddətdə söndürülüb.
Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi
yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.


