Bakı. Trend:
İspaniya polisi oğurlanmış, VI əsrə aid qızıl tac, gümüş
sikkələr və yüksək tarixi dəyərə malik digər arxeoloji tapıntıları
aşkar edib.
Trend xəbər verir
ki, bu barədə yerli hüquq-mühafizə orqanlarının yaydığı açıqlamada
bildirilib.
Məlumata görə, arxeoloji oğurluqlarda təqsirli bilinən yeddi
nəfər saxlanılıb. Şübhəli şəxslərin Leon və Valyadolid şəhərlərində
yerləşən bir neçə arxeoloji ərazinin talan edilməsində, həmçinin
ələ keçirilmiş artefaktların qanunsuz satışında iştirak etdikləri
müəyyən olunub.
İlkin hesablamalara əsasən, oğurlanmış arxeoloji tapıntıların
satışından əldə edilən gəlir bir milyon avronu keçib.
Müsadirə olunmuş artefaktların elmi tədqiqatların aparılması
üçün muzeyə təhvil veriləcəyi bildirilib.

