Boliviyada yanacaq qiymətlərinin artmasına qarşı etirazlar keçirilir

Baş səhifə

Bakı. Trend:

Boliviyada hakimiyyət orqanlarının yanacaq subsidiyalarının
dayandırılmasını elan etməsindən sonra yolları bağlayan etirazlar
başlayıb.

Trend-in
məlumatına görə, bu barədə “El Deber” qəzeti xəbər verib.




Məlumata əsasən, Boliviyanın yol şəbəkəsini idarə edən agentlik
etirazçıların nəqliyyatın hərəkətini dayandırması ilə bağlı ən azı
20 hadisə qeydə alıb. Onların əksəriyyəti La-Pas, Oruro, Koçabamba
və Çukisaka departamentlərində baş verib.

Daha əvvəl ölkənin ən böyük həmkarlar ittifaqlarını birləşdirən
Boliviya İşçi Mərkəzi subsidiyaların ləğvinə etiraz olaraq tətil
keçirmək niyyətində olduğunu açıqlamışdı.