Bakı. Trend:
Fransada ölkənin milli poçt xidməti və onun bank sistemi güclü
kiberhücum nəticəsində iflic olub.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, DDoS tipli virtual hücum Milad bayramı ərəfəsində
bağlamaların çatdırılmasında gecikmələrə, onlayn ödənişlərdə isə
ciddi pozuntulara yol açıb.
Poçt xidməti olan “La Poste” yaydığı açıqlamada bildirib ki,
DDoS hücumu onun “onlayn xidmətlərini əlçatmaz vəziyyətə salıb”.
Kibermüdaxilə müştəri məlumatlarına təsir göstərməsə da, bağlama və
məktubların çatdırılmasında fasilələrə səbəb olub.
Şirkətin bank bölməsi olan “La Banque Postale”ın müştəriləri
ödənişləri təsdiqləmək və ya digər bank əməliyyatlarını həyata
keçirmək üçün tətbiqdən istifadə edə bilməyiblər.

