Bakı. Trend:
Vaşinqton hakimiyyəti ölkə daxilində istehsalı nəzərdə
tutulmayan xarici məhsullara tətbiq edilən gömrük rüsumlarının
ləğvinə hazırdır.
Trend xəbər verir ki, bu
barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset
məlumat verib.
O bildirib ki, müəyyən məsələlər yenidən qiymətləndirilə
bilər.
“Məsələn, biz qəhvəni ABŞ tariflərinin əhatə dairəsindən
çıxarmaq qərarına gəldik, çünki qəhvə ABŞ-da böyük miqdarda
istehsal edilmir”, – deyə Hasset CBS telekanalına müsahibəsində
qeyd edib.
Hasset əlavə edib ki, ABŞ-ın ticarət danışıqları üzrə
nümayəndəsi Ceymson Qrir tariflərin mümkün ləğvi ilə bağlı
məsələlərin nəzərdən keçirilməsi prosesini hazırda
əlaqələndirir.

