Bakı. Trend:
Bu gün saat 19 radələrində Oğuz rayonunun Sincan kəndi
ərazisində “Mercedes Vito” markalı mikroavtobusun sürücüsü Mahama
Dibirovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi ağaca
çırpılıb.
Trend-in
məlumatına görə, bu barədə DİN-in Mətbuat Xidmətinin regional
qrupundan bildiriblər.
Bildirilib ki, nəticədə avtomobildə olan sərnişin, 64 yaşlı
Balakən rayonunun Qazma kənd sakini Şadnus Hümbətov aldığı
xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

