Bakı. Trend:
ABŞ ordusu Suriyada İŞİD terror qruplaşmasının mövqelərinə qarşı
hava zərbələri endirməyə başlayıb.
Trend xəbər verir ki, bu
barədə “The New York Times” qəzeti mənbələrə istinadla məlumat
yayıb.
Məlumata görə, əməliyyata ABŞ-ın qırıcı təyyarələri və hərbi
helikopterləri cəlb olunub. Silah anbarları da daxil olmaqla,
onlarla İŞİD hədəfinə zərbələr endirilib.
ABŞ Prezidenti Donald Tramp Suriyada Amerika patruluna hücum
edənlərdən qisas alınacağını bəyan edib.

