Böyük Britaniya Rusiyaya məxsus aktivlərdən istifadə etməyi planlaşdırmır

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniya Rusiyaya məxsus və ölkə ərazisində dondurulmuş 8
milyard funt sterlinq həcmindəki aktivlərdən Ukraynaya yardım üçün
təkbaşına istifadə etməyi planlaşdırmır.

Trend xəbər verir ki, bu
barədə Financial Times nəşri hökumət dairələrindəki mənbələrə
istinadla xəbər yayıb.

Bildirilir ki, London bu mövqeyi Avropa İttifaqının sammitində
analoji təşəbbüsün dəstək qazana bilməməsindən sonra
formalaşdırıb.




Qərarın verilməsində əsas amil bank sektorunda yaranan hüquqi
risklərdir. Maliyyə institutları Moskva tərəfindən mümkün məhkəmə
iddialarından, eləcə də Rusiyanın cavab addımları atacağı təqdirdə
dövlət təminatlarının olmamasından narahatdırlar.

Hökumət təmsilçisinin sözlərinə görə, Böyük Britaniya bu məsələ
üzrə “beynəlxalq tərəfdaşlarla razılaşma olmadan irəliləməyəcək”,
eyni zamanda Ukraynanın maliyyə dəstəyi ilə bağlı G7 və Avropa
İttifaqı ilə sıx əməkdaşlığı davam etdirəcək.