Bakı. Trend:
Səudiyyə Ərəbistanında Didye Deşamı milli komandanın baş
məşqçisi təyin etmək istəyirlər.
Trend xəbər verir ki,
DÇ-2026-dan sonra Fransa millisindən ayrılacaq mütəxəssisə 8 illik
müqavilə təklif oluna bilər.
Onun səlahiyyətləri təkcə baş məşqçi işi ilə məhdudlaşmayacaq.
Didyeyə milli komandanın strukturunun dəyişdirilməsi, məşqçilərin
hazırlanması, metodologiyaların yenilənməsi və istedadların
aşkarlanmasına yanaşmaların dəyişdirilməsi təklif olunacaq.
Xatırladaq ki, 2034-cü ildə dünya çempionatı Səudiyyə
Ərəbistanında keçiriləcək.

