SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

Baş səhifə

Bakı. Trend:

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib.

Bu barədə Trend-ə SOCAR-dan məlumat verilib.




Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun
sədrliyi ilə keçirilən iclasda SOCAR-ın 2025-ci ilin doqquz ayının
maliyyə və əməliyyat nəticələri, 2026-ci il üzrə büdcəsi və borc
öhdəliklərinin idarə edilməsinə dair məsələlər, həmçinin 2025-ci
ildə dövlət büdcəsinə ödəniləcək dividend müzakirə olunub.

Müzakirələrin nəticəsində dividend ödənişi məqbul hesab edilib
və müəyyən edilmiş hədəflər istiqamətində şirkətin 2026-ci il üzrə
büdcəsinin yekunlaşdırılması tapşırığı verilib.