Rusiya-Ukrayna müharibəsində daha bir soydaşımız həlak oldu

Baş səhifə

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Modern.az xəbər verir ki, bu barədə hərbi bloger Tofiq Şahmuradov məlumat yayıb.

O bildirib ki, Rusiya ordusunun sıralarında döyüşlərdə iştirak edən Xaçmaz rayon sakini Rafiq Aydın oğlu Məmmədov aldığı xəsarətlərdən ölüb.

Qeyd olunub ki, o, Rusiya Müdafiə Nazirliyinin tabeliyindəki “Axmat Spesnaz”ın tərkibində döyüşüb.