
Ukrayna və ABŞ arasında gedən danışıqlarda Donbas məsələsi hələ də həll edilməmiş qalır.
APA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Zelenski bildirib ki, Donbasın və Zaporojye Atom Elektrik Stansiyasının gələcəyi ABŞ ilə danışıqlarda hələ də həll olunmayıb.
Bundan başqa Ukrayna prezidenti həmçinin Rusiyanın Ukraynaya qarşı hücumları bərpa edəcəyi təqdirdə ABŞ-ın gələcək təhlükəsizlik zəmanətlərinə uyğun olaraq nə edəcəyi ilə bağlı hələ də cavab almadığını deyib.


