Avstraliyada terror aktı planlaşdırmaqda şübhəli bilinən 7 nəfər saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Avstraliya polisi Sidneyin cənub-qərb bölgəsində terror aktı
planlaşdırmaqda şübhəli bilinən 7 nəfəri həbs edib.

Trend xəbər verir
ki, bu barədə ABC radiosu Yeni Cənubi Uels Polis Departamentindəki
mənbəyə istinadən məlumat yayıb.

Müstəntiqlərin fikrincə, cümə axşamı saxlanılan və qonşu
Viktoriya ştatından Sidneyə gələn şəxslər ekstremist ideologiyanı
dəstəkləyib və zorakılıq aktı planlaşdıra biliblər.




Yeni Cənubi Uels ştatı polis komissarının müavini Devid Hudson
bildirib ki, şübhəlilərin axtarışı zamanı üzərlərində aşkar edilən
yeganə silah bıçaq olub.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarında həmin şəxslərin
Bondi çimərliyinə getmək niyyətində olduqlarına dair məlumatlar
mövcud olub. Hudson vurğulayıb ki, ötən bazar Sidneydə baş verən
zorakılıq hadisələrindən sonra polis heç bir riski gözə ala bilməz
və mümkün təhlükəni qabaqlamaq üçün saxlanılma qərarı verilib.