
ABŞ Senatı Pentaqonun büdcə layihəsini təsdiqləyib.
APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, sənəddə Ukraynaya hərbi yardım üçün vəsaitin ayrılması da nəzərdə tutulur.
Layihə daha əvvəl Nümayəndələr Palatasından keçib, Prezident Donald Tramp isə onu imzalayacağını bəyan edib.
2026-cı maliyyə ili üçün (1 oktyabr 2025 – 30 sentyabr 2026) ABŞ-ın milli müdafiə xərclərini maliyyələşdirən qanun rekord məbləğ — 901 milyard dollar hərbi büdcə nəzərdə tutur.
Sənəd ABŞ-ın Çin və Rusiya ilə rəqabət fonunda müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlmiş tədbirləri də əhatə edir.

