Seneqal millisinin qapıçısı Səudiyyə Ərəbistanı klubu ilə müqavilə müddətini uzadıb

Baş səhifə
Seneqal millisinin qapıçısı Səudiyyə Ərəbistanı klubu ilə müqavilə müddətini uzadıb

Seneqal millisinin qapıçısı Eduard Mendi Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu ilə müqavilə müddətini uzadıb.

“Report” xəbər verir ki, bu barədə Pro Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

33 yaşlı qolkiperlə yeni müqavilənin müddəti 2028-ci ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, E.Mendi 2021-ci ildə “Çelsi”nin (İngiltərə) heyətində UEFA Çempionlar Liqasının qalibi olub. Həmçinin yığmasının tərkibində Afrika Millətlər Kubokunu da qazanıb. O, FIFA tərəfindən 2021-ci ilin ən yaxşı qapıçısı seçilib.