106 yaşlı britaniyalı qadın uzunömürlülüyün sirrini açıb

Baş səhifə

Bakı.Trend:

106-cı ad gününü qeyd edən Britaniyanın Coan Klark adlı sakini
uzunömürlülüyün sirrini bölüşüb.

Bu barədə Trend
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Coan Klark 3 dekabr 1919-cu ildə Şeffild
şəhərində anadan olub. Uşaqlığında o valideynləri ilə birlikdə
Hindistan və Misirdə yaşayıb. 1941-ci ildə Klark ərə gedib daha
sonra isə 2 uşaq dünyaya gətirib. İkinci Dünya Müharibəsi dövründə
o sursat zavodunda işləyib, daha sonra isə satıcı olub. Son
illərini isə Uokinq şəhərində yerləşən qocalar evində keçirir.




Qadının fikrincə uzunömürlü olmasının sirri onun hər şeyə
nikbin, pozitiv yanaşmasıdır.

“Sizdə olanlar barədə düşünün, olmayan və çatışmayan şeylərin
fikrini çəkməyin”, -deyə 106 yaşlı britaniyalı tövsiyə edib. O
həmçinin xeyirxahlıq və xoşbəxtliyin uzunömürlüyün əsas
faktorlarından olduğunu diqqətə çatdırıb.