Əbu-Dabidə Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub

Baş səhifə

Əbu-Dabi. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş
Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın
dəvəti ilə bu ölkədə səfərdədir.

Trend-in xüsusi müxbiri xəbər
verir ki, dekabrın 17-də Əbu-Dabidə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti
Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.

Sonra Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin dövlət
başçıları “Gələcəyin oyunları 2025” adlı illik qlobal idman
turnirinin açılış mərasimində iştirak ediblər.

Xəbər yenilənəcək