
Bakı. Trend:
Azərbaycan və Malayziya İslam maliyyəsinin inkişafı üzrə
əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Bu barədə Trend
tənzimləyici quruma istinadən xəbər verir.
Belə ki, Mərkəzi Bankın baş direktoru Tərlan Rəsulov
Malayziyanın “Al-Hidayah Group” şirkətlər qrupunun sədri Dato’ Ku
Cafar Ku Şaarinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul
edib.
Görüş çərçivəsində İslam maliyyəsinin inkişafı, bu istiqamət
üzrə məhsul çeşidinin genişləndirilməsi, eləcə də institusional
əməkdaşlıq imkanları müzakirə olunub.
Görüş zamanı həmçinin Mərkəzi Bank tərəfindən təsdiqlənmiş
“2024–2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası”
çərçivəsində İslam bankçılığının inkişafına yönəlmiş təşəbbüslər və
qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.

