Dünya İdman Paytaxtı titulunuj rəsmi olaraq Monakodan Bakıya təhvil verilməsi böyük idman hadisəsidir.
“Report”un məlumatına görə, bu barədə gənclər və idman naziri Fərid Qayıbov Bakının “Dünya İdman Paytaxtı” elan olunmasına həsr edilmiş rəsmi təqdimetdə mərasimində deyib.
Nazir bildirib ki, bu cür yığıncaqda iştirak etmək qürurvericidir:
“Paytaxtımız böyük yarışlara ev sahibliyi edib. Uzun illərdir Bakıda “Formula 1″ üzrə dünya çempionatı keçirilir. İlk Avropa oyunlarının, bundan başqa İslam Həmrəyliri Oyunlarının da Bakıda keçirildiyini qüururla xatırlayırıq. Fəxr edirik ki, Dünya İdman Paytaxtı titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verilir. Hər kəsi bu münasibətlə təbrik edirəm”.
Qeyd edək ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

