Bakı. Trend:
Cari İran ilinin 8 ayı (20 mart -21 noyabr 2025) ərzində İranın
Azərbaycana qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə
(21 mart -20 noyabr 2024) müqayisədə dəyər baxımından 15,2%, çəki
baxımından 1,54% azalıb.
Trend bu barədə
İranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumat
verir.
Statistikaya əsasən, 8 ayı ərzində İranın Azərbaycana qeyri-neft
məhsul ixracı 390 milyon dollar dəyərində təxminən 576 min ton
təşkil edib.
Statistikada bildirilir ki, ötən ilin analoji dövründə İranın
Azərbaycana qeyri-neft məhsul ixracı 460 milyon dollardan çox
dəyərdə 585 min ton təşkil edib.
Statistikaya görə, İran Azərbaycana əsasən kənd təsərrüfatı və
ərzaq məhsulları, eləcə də sənaye, neft-kimya və kimyəvi məhsullar
ixrac edib.
Qeyd olunur ki, 8 ay ərzində İranın Azərbaycanla qeyri-neft
məhsul ticarəti təxminən 398 milyon dollar dəyərində təxminən 580
min ton təşkil edib. Ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə
müqayisədə dəyər baxımından 17,6%, çəki baxımından 2,45%
azalıb.
Əlavə edək ki, cari İran ilinin 8 ayı ərzində İranın qeyri-neft
məhsul ixracı 32,5 milyard dollar dəyərində 88,7 milyon ton təşkil
edib. Qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə
müqayisədə dəyər baxımından 15%, çəki baxımından 11,4% artıb.

