Qəzzanın təhlükəsizlik qüvvələrinin yaradılmasında iştiraka hazır olan ölkələrin sayı artır – Tramp

Baş səhifə

Bakı. Trend:

Qəzza sektorunda beynəlxalq sabitləşdirici qüvvələrin
formalaşdırılmasında birbaşa iştirak etməyə hazır olan ölkələrin
sayı artmaqda davam edir.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp
deyib




“Getdikcə daha çox ölkə qoşulur. Onlar artıq iştirak edirlər,
mən nə qədər əsgər göndərilməsini xahiş etsəm, o qədərini
göndərəcəklər”, – deyə Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı
qeyd edib.

Sabitləşdirici qüvvələrin nə vaxt fəaliyyətə başlayacağı ilə
bağlı suala cavabında Tramp bildirib ki, “müəyyən formada onlar
artıq fəaliyyət göstərirlər”. Bununla belə, o, bu fəaliyyətin
konkret olaraq hansı formada həyata keçirildiyini və sülhməramlı
kontingentin yaradılmasında iştirakını artıq qəti şəkildə
təsdiqləmiş ölkələrin hansılar olduğunu açıqlamayıb.