Milli Qvardiyanın komandanı postundan azad edildi 

Baş səhifə

Azərbaycan Milli Qvardiyasının komandanı, general-mayor Akif Yusifov vəzifəsindən azad olunub.

Modern.az-ın xəbərinə görə, bu barədə müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, A.Yusifov ehtiyata buraxılıb. 

Qeyd edək ki, Azərbaycan Prezidentinin 7 fevral 2013-cü ildə sərəncamı ilə Akif İsaxan oğlu Yusifov Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini – Milli Qvardiyanın komandanı təyin edilmişdi. Həmin ilin dekabrın 25-də ona general-mayor ali hərbi rütbəsi verilib. (mənbə: yeni sabah)