Nəqliyyat sahəsi işçilərinə dövlət mükafatları təqdim edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyevin Sərəncamları ilə təltif olunan dəmir
yolu nəqliyyatı işçiləri və Bakı Metropoliteninin əməkdaşlarına
dövlət mükafatlarının təqdim olunması mərasimi keçirilib.

Trend xəbər verir ki, bu
barədə RİNN məlumat yayıb.

Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev
təltif olunan sahə işçilərini təbrik edib, dövlət başçısına
göstərdiyi diqqətə görə minnətdarlığını bildirib.




Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin 13 oktyabr
2025-ci il tarixli Sərəncamına əsasən, Azərbaycanda dəmir yolu
nəqliyyatının inkişafında səmərəli fəaliyyətinə görə 4 nəfər 3-cü
dərəcəli “Əmək” ordeni, 15 nəfər “Tərəqqi” medalı ilə təltif
olunub.

Prezident İlham Əliyevin 5 noyabr 2025-ci il tarixli Sərəncamına
əsasən, Bakı Metropoliteninin inkişafında əldə etdikləri yüksək
nailiyyətlərə və hərəkətin təhlükəsizliyinin təmin edilməsi
sahəsində səmərəli fəaliyyətinə görə 1 nəfər 3-cü dərəcəli “Əmək”
ordeninə, 9 nəfər “Tərəqqi” medalına layiq görülüb.