
Bakı. Trend:
ABŞ Prezidentinin böyük oğlu Donald Tramp (kiçik Tramp – red.)
2024-cü ildən münasibətdə olduğu model Bettina Andersonla
nişanlandığını elan edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Donald Tramp-kiçik bununla artıq üçüncü dəfədir ki, nişanlanır.
O, bundan əvvəl keçmiş model və aktrisa Vanessa Trampla nikahda
olub. Bu evlilik 12 il çəkib və onların birgə nikahdan 5 övladı
var.
Qeyd edək ki, Vanessa 2018-ci ildə boşanma ilə bağlı məhkəməyə
müraciət etmişdi.
Donald Tramp kiçik (31 dekabr 1977-ci il təvəllüdlü) biznesmen,
yazıçı və siyasi fəaldır; o, ABŞ-nin prezidenti Donald Trampın
böyük oğludur və hazırda 47 yaşındadır. O, “Trump Organization”da
qəyyum və icraçı vitse-prezident vəzifələrini icra edir, televiziya
layihələrində iştirak edib, kitablar yazıb və atasının siyasi
kampaniyalarında fəal rol oynayıb.

