Azərbaycan XİN Bəhreyni Milli Günü münasibətilə təbrik edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi Bəhreyn Krallığını Milli Günü
münasibətilə təbrik edib.

Trend xəbər verir ki, bu
barədə XİN “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Bəhreyn Krallığının Milli Günü münasibətilə Bəhreyn hökumətinə
və xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı
çatdırırıq.

Milli Gününüz mübarək!”, – paylaşımda qeyd olunub.