ABŞ-də dambanın uçması səbəbindən 50 minədək sakin təxliyə olunur

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Sietl şəhəri yaxınlığında yerləşən Kinq qraflığının
sakinlərinə təxliyə göstərişi verilib.

Trend xəbər verir
ki, yaşayış məntəqəsinin yaxınlığındakı damba günlərdir davam edən
aramsız leysan yağışlarına tab gətirməyərək uçub. Yaranmış
təhlükəli vəziyyətlə əlaqədar olaraq təxminən 50 min sakinin
təxliyəsi barədə göstəriş verilib.




Fəlakət zonasına xilasedici qüvvələr cəlb olunub. Bildirilir ki,
dambanın uçması “Boeing” şirkətinin bölgədə yerləşən zavodu üçün də
risk yaradıb.