Braziliyada güclü külək Azadlıq Heykəlinin surətini uçurub

Baş səhifə

Bakı. Trend:

Güclü külək nəticəsində Braziliyanın Rio Qrande-du-Sul ştatının
Quaiba bələdiyyəsində yerləşən Azadlıq Heykəlinin surəti çöküb.

Trend xəbər verir
ki, bu barədə G1 portalı məlumat yayıb.

Məlumata görə, Azadlıq Heykəlinə bənzər abidə şiddətli fırtına
zamanı postamentindən qoparaq aşmağa başlayıb. Portal qeyd edir ki,
bölgə üçün saniyədə 25 metrdən çox külək sürəti ilə bağlı
xəbərdarlıq edilib.




G1-in məlumatına əsasən, heykəlin postamenti də daxil olmaqla
ümumi hündürlüyü 35 metr olub, uçaraq qopan hissənin hündürlüyü isə
24 metr təşkil edib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Ərazi təhlükəsizlik
məqsədilə mühasirəyə alınıb.