Biləsuvarda yaşlı qadını öldürən şəxslər saxlanılıb

Baş səhifə

Bakı.Trend:

Biləsuvar rayon prokurorluğu və rayon polis şöbəsi
əməkdaşlarının birgə fəaliyyəti nəticəsində Biləsuvar rayon İsmətli
kənd sakini, 1955-ci il təvəllüdlü Almaz Cəfərovanın qəsdən
öldürülməsi müəyyən edilib.

Trend xəbər
verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.




Bildirilib ki, həyata keçirilmiş çoxsaylı istintaq və
əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci il təvəllüdlü
Qasım Həsənov və bacısı 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadənin
qabaqcadan əlbir olaraq cari il noyabrın 3-də Almaz Cəfərovanı
yaşadığı evdə yastıqla boğaraq qəsdən öldürmələrinə əsaslı şübhələr
müəyyən edilib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət
Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Qasım
Həsənov və Gülbəniz Həsənzadə polis əməkdaşları tərəfindən
saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu
tərəfindən şübhəli şəxs qismində tutulub.