Astanada Dünya Türk Dili Ailəsi Günü qeyd edilib

Baş səhifə
Astanada Dünya Türk Dili Ailəsi Günü qeyd edilib

Astanada UNESCO tərəfindən təsis edilmiş Dünya Türk Dili Ailəsi Gününə və Beynəlxalq Türk Akademiyasının 15 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

“Report”un Qazaxıstan bürosunun məlumatına görə, mərasimdə dövlət orqanları, diplomatik korpus, elmi ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində Türk Akademiyasının son 15 ildə nəşr etdiyi elmi əsərlərin sərgisi, həmçinin onun formalaşmasının əsas mərhələlərini, beynəlxalq layihələri və türkdilli ölkələrdə aparılan arxeoloji tədqiqatları əks etdirən fotoqalereya təşkil edilib.

Tədbirdə Türk Akademiyasının prezidenti professor Şahin Mustafayev, Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek, diplomat və dövlət xadimi professor Adil Axmetov, həmçinin əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru Janseyt Tuymebayev çıxış ediblər.