Azərbaycandan Gürcüstana ixrac olunan elektrik enerjisinin həcmi açıqlandı

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar–oktyabr aylarında Azərbaycandan Gürcüstana
təxminən 494 milyon kVt/saat elektrik enerjisi ixrac edilib.

Trend-in
Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata
görə, bu həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir
28,5 milyon ABŞ dolları təşkil edib.

Gürcüstana elektrik enerjisi ixracı ötən ilin müvafiq dövrü ilə
müqayisədə həcm ifadəsində 642 milyon kVt/saat və ya 56,5 faiz,
dəyər ifadəsində isə 29,7 milyon ABŞ dolları və ya 51 faiz
azalıb.

Eyni zamanda, 2025-ci ilin ilk 10 ayında Gürcüstandan
Azərbaycana 3,3 milyon ABŞ dolları dəyərində 50 milyon kVt/saat
həcmində elektrik enerjisi satılıb.




Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər
ifadəsində 549 min ABŞ dolları və ya 20,3 faiz, həcm baxımından isə
8,4 milyon kVt/saat və ya 20,3 faiz artıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar–oktyabr aylarında ümumilikdə
Azərbaycandan dörd ölkəyə – Rusiya, Gürcüstan, İran və Türkiyəyə –
64,5 milyon ABŞ dolları dəyərində 1,128 milyard kVt/saat həcmində
elektrik enerjisi ixrac olunub.

Hesabat dövründə, həmçinin Rusiya, Gürcüstan və İrandan
Azərbaycana 6,6 milyon ABŞ dolları dəyərində 148,8 milyon kVt/saat
həcmində elektrik enerjisi idxal edilib.