ABŞ şirkəti Azərbaycana “yaşıl enerji” layihələri üzrə yarım milyon manatlıq məsləhət verəcək

Baş səhifə

Bakı. Trend:

Energetika Nazirliyi ABŞ-nin “White & Case LLP” şirkəti ilə yeni
müqavilə bağlayıb.

Trend-in
məlumatına görə, müqavilədə bərpa olunan enerji layihələrinin
reallaşdırılması və bu sahədə daha əvvəl imzalanmış müqavilələrdən
irəli gələn məsələlərin hüquqi müşayiətinin aparılması nəzərdə
tutulur.

Belə ki, ABŞ-nin “White and Case” LLP şirkəti sözügedən layihədə
beynəlxalq məsləhətçi şirkət kimi cəlb edilib.




Nazirlik bunun müqabilində şirkətə 453 min manat ödəyib.

Qeyd edək ki, Energetika Nazirliyi sözügedən ABŞ şirkəti ilə
daha əvvəl də eyni xidmətlər üzrə müqavilələr bağlayıb.